Interposta.Info

Şahin Seyidzadənin deputatlıq səlahiyyətinə xitam veriləcək? (ŞƏRH)

Ölkə
 3-03-2022, 17:16     329

"Şahin Seyidzadənin deputatlıq səlahiyyətinə xitam verilməyəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deputat Şahin Seyidzadənin "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilməsindən danışarkən deyib. Hüquqşünas bildirib, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi publik-hüquqi şəxsdir:

"Qanunvericiliyə görə, deputat məhkəmə, icra hakimiyyəti və digər ödənişli fəaliyyətlə məşğul ola bilməz. Şahin Seyidzadə məhkəmə, icra hakimiyyəti kimi qurumlara təyinat alsaydı, deputat mandatına xitam verilərdi. Amma nə qədər ki, publik hüquqi şəxsin İdarə Heyətinin sədridir, deputat səlahiyyətlərinə xitam verilməyəcək”.

Əlməmməd Nuriyev Şahin Seyidzadəni qabiliyyətli və peşəkar deputat hesab edir:

"Mən onu kənardan müşahidə etmişəm. Hesab edirəm ki, vəzifəsinin öhdəsindən uğurla gəlmək imkanlarına malikdir. İcərişəhər Bakının mirvarisidir, onu qorumaq hər birimizin borcudur. Onun tarixini qorumaq hər şeydən vacibdir”.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə deputat Şahin Seyidzadə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26