Interposta.Info

Azərbaycanda bir gündə 5 nəfər itkin düşdü

Ölkə
 24-02-2022, 19:01     307

Azərbaycanda 5 nəfər itkin düşüb.

"İnterPosta" xəbər verir ki, Bakı şəhər sakini 18 yaşlı Aytac Allahverdiyeva, Şirvan şəhər sakini 39 yaşlı Eyvaz Cəlilov, Abşeron rayon sakini 22 yaşlı Xanım Hüseynova, Xətai rayon sakini 45 yaşlı Qəfər Zeynalov və Qaradağ rayon sakini 15 yaşlı Fəridə Şamilova yaşadıqları evdən çıxaraq gedib və bir daha geri qayıtmayıblar.

Onların itkin düşməsi barədə polisə məlumat verilib. İtkin düşənlərdən Şirvan sakini Eyvaz Cəlilov özünə məxsus "MG” markalı 90 NJ 494 dövlət nömrə nişanlı avtomiobili ilə birgə yoxa çıxıb.

Hazırda itkin düşən şəxslərlə bağlı araşdırma davam etdirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26