Interposta.Info

Ötən il Ali Məhkəmədə 7 işə bəraətverici əsaslarla xitam verilib

Ölkə
 23-02-2022, 15:12     234

Ötən il Ali Məhkəmənin Cinayət Kollegiyasının icraatına daxil olan işlərin sayı açıqlanıb.

Ali Məhkəmədən "İnterPosta"ya verilən məlumata görə, 2021-ci ildə Cinayət Kollegiyasının icraatında olan 3061 nəfər haqqında 2718 işdən cəmi 2399 (78,4%) nəfər haqqında 2161 (79,5%) işə baxılıb, 662 (21,6%) nəfər haqqında 557 (20,5%) iş isə 2022-ci ilə qalıq keçib.

Belə ki, 2021-ci ildə 989 (70,1%) nəfər barəsində 956 (79,3%) işə çox baxılıb, növbəti ilə qalıq keçən işlərin və bu işlər üzrə məhkum olunmuş şəxslərin sayında isə - əksinə (120 nəfər və 142 iş az olmaqla) müvafiq olaraq 15,3% və 20,3% azalma baş verib.

Hesabat ilində (2021-ci ildə) baxılan 2399 nəfər haqqında 2161 iş üzrə qərarlardan 1796 (74,9%) nəfər haqqında 1 644 iş (76,1%) iş üzrə apellyasiya instansiyası məhkəmələrinin qərarları (hökmləri) dəyişdirilmədən qüvvəsində saxlanılıb, 263 (11%) nəfər haqqında 220 (10,2%) iş üzrə qərarlar (hökmlər) ləğv olunub, onlardan da 248 (10,3%) nəfər haqqında 205 (9,5%) iş üzrə qərarlar (hökmlər) ləğv olunaraq işlər yenidən baxılması üçün apellyasiya instansiyası məhkəmələrinə qaytarılıb, 8 (0,3%) nəfər haqqında 8 (0,4%) iş üzrə qərarlar (hökmlər) ləğv edilərək yeni qərar qəbul olunub, bəraətverici və digər əsaslarla 7 (0,3%) nəfər haqqında 7 (0,3%) iş üzrə qərarlar ləğv olunaraq işlər və materiallar üzrə icraata xitam verilib, 163 (6,8%) nəfər haqqında 129 iş (6%) iş üzrə qərarlar dəyişdirilib, 2 (0,1%) nəfər haqqında 2 (0,1%) iş üzrə kassasiya icraatına xitam verilib, 3 (0,1%) nəfər haqqında 3 (0,1%) iş üzrə qərarlardan (hökmlərdən) kassasiya şikayətinin və kassasiya protestinin verilməsi müddətlərinin bərpasına dair vəsatətlər təmin olunmayıb, 172 (7,1%) nəfər haqqında 163 (7,5%) iş üzrə olan kassasiya şikayətləri və kassasiya protestləri məhkumların və ya onların müdafiəçilərinin, habelə dövlət ittihamçılarının ərizələrinə əsasən geri qaytarılıb.

Beləliklə, hesabat dövründə Ali Məhkəmənin Cinayət Kollegiyası tərəfindən baxılan cinayət işləri, məhkəməyədək sadələşdirilmiş icraat materialları, xüsusi ittiham qaydasında şikayətlər üzrə icraat materialları, hərbi məhkəmələrin yurisdiksiyasına aid işlər, habelə hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında materiallar üzrə apellyasiya instansiyası məhkəmələrinin ümumilikdə 426 (17,8%) nəfər haqqında 349 (16,2%) qərarları (hökmləri) ləğv olunub və ya dəyişdirilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26