Interposta.Info

DİN 33 nəfəri saxladı

Müxtəlif
 14-04-2018, 11:43     10 461

Ötən gün üzrə cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

DİN-in mətbuat xidmətindən verilən Qaynarinfo-ya məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 96 cinayət faktı qeydə alınıb, onların da 22-si "isti izlər”lə açılıb.

Bundan başqa, əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub, axtarışda olduğuna görə ümumilikdə 23 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölmüş, 8 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26