Interposta.Info

Məhkəmə yolu bağlayan TIR sürücüləri ilə bağlı qərar verdi (YENİLƏNİB)

Ölkə / Manşet
 18-02-2022, 21:36     378

Ötən gün Bakıda etiraz məqsədilə Heydər Əliyev prospektini bağlayan yük maşını sürücüləri inzibati qaydada həbs edilib.

"İnterPosta" APA-ya istinadən xəbərinə görə, sürücülər Fəxrəddin Məlikov və Mirələm Məmmədov İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polisin qanuni əmrinə tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli biliniblər.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə hər iki sürücü inzibati qaydada 30 sutka həbs olunublar.

17.30

Bakıda yolu bağlayan TIR sürücü Rəmiş Cəfərov barəsində həbs qətimkan tədbiri seçilib.

APA-nın xəbərinə görə, bu barədə qərar bu gün Nərimanov rayon Məhkəməsi tərəfindən çıxarılıb.

Məhkəmə Rəmiş Cəfərov barəsində istintaq orqanının təqdimatı əsasında 2 aylıq həbs qətimkan tədbiri qərarı çıxarıb.

Qeyd edək ki, həmin fakta bağlı Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26