Interposta.Info

Ramiz Mehdiyevin köməkçisi niyə həbs olundu? (TƏFƏRRÜAT)

Ölkə / Manşet
 15-02-2022, 16:14     308

Ramiz Mehdiyevin köməkçisi Eldar Əmirovun həbsinin təfərrüatları məlum olub.

Baku.TV xəbər verir ki, E.Əmirov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ("Bandotdel”) əməkdaşları tərəfindən tutulub. Onun barəsində çoxsaylı şikayətlər olub.

Şikayətlər əsasən E.Əmirovun işə düzəltmək adı ilə pul yığması ilə bağlıdır. İddia olunur ki, o, pul ilə işə adam düzəldirmiş.

Baku.TV-nin əldə etdiyi məlumata görə, Eldar Əmirov iddia edildiyi kimi heç də Ramiz Mehdiyevin baldızı oğlu deyil. Onun akademiklə heç bir qohumluq əlaqəsi yoxdur. Bu faktı onun ailəsinə yaxın mənbələr də təsdiqləyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26