Interposta.Info

Ramiz Mehdiyevin qohumu 30 sutka müddətinə həbs edildi (YENİLƏNİB)

Ölkə / Manşet
 15-02-2022, 16:11     512

AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirov 30 sutka müddətinə həbs edilib.

"Report"un əldə etdyi məlumata görə, bununla bağlı Nərimanov Rayon Məhkəməsində qərar elan olunub.

E.Əmirovun barəsində Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çoxsaylı şikayətlər daxil olub. Daha sonra o, şikayət əsasında saxlanılıb.

Araşdırmalar davam edir.

Qeyd edək ki, Eldar Əmirov AMEA prezidentliyindən istefa vermiş Ramiz Mehdiyevin baldızı oğludur. O, R.Mehdiyevin köməkçisi də olub.

13.03

AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə APA-ya nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.

O bildirib ki, idarəyə Eldar Əmirov barəsində şikayət daxil olub və o, araşdırma məqsədi ilə saxlanılıb. Hazırda araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Eldar Əmirov Ramiz Mehdiyevin köməkçisi də olub.

12.09

AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

DİN Mətbuat Xidmətinin rəisi polis polkvniki Ehsan Zahidov "Report”a açıqlamasında məlumatı təsdiqləyib.

O bildirib ki, Eldar Əmirov DİN-ə daxil olmuş bir məlumatın araşdırılması məqsədi ilə saxlanılıb: "Hazırda araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, Eldar Əmirov AMEA prezidentliyindən istefa vermiş R.Mehdiyevin baldızı oğludur. O, R.Mehdiyevin köməkçisi də olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26