Interposta.Info

Azərbaycanda iki rayon ləğv olunur

Ölkə / Manşet
 9-02-2022, 19:23     585

Gəncə şəhərinin Nizami və Kəpəz rayonları ləğv olunur.

"İnterPosta" xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin fevralın 11-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq "Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Nizami və Kəpəz rayonlarındakı inzibati ərazi dairələri Gəncə şəhər İcra Hakimiyyətinin tabeliyinə verilir.

Ancaq bu rayonların ərazisində Nizami və Kəpəz bələdiyyəsi fəaliyyət göstərəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26