Interposta.Info

İki rayon ləğv edilə bilər

Ölkə
 5-09-2020, 22:35     755

Azərbaycanda şəhər və rayonların iderəedilməsində struktur dəyişikliyi çərçivəsində Gəncə şəhərinin Nizami və Kəpəz rayonları ləğv edilə və idarəetmə şəhər administrasiyasında cəmləşə bilər.

Bu istiqamətdə artıq təkliflər səsləndirilməkdədir.

Qeyd edilir ki, Gəncə şəhərinin idarəetmə strukturunun analoqu yoxdur. Belə ki, Bakı istisna olmaqla, ölkənin digər böyük şəhərlərinin heç biri şəhərdaxili rayonlara bölünməyib.

Ekspertlərin sözlərinə görə, bu bölgə idarəetmə sistemində çoxpilləlilik, paralellik, təkrarçılıq, bürokratiya, süründürməçilik və digər bu kimi neqativ halların aradan qaldırılması üçün vacibdir.

Həmçinin bir-birini təkrarlayan idarəetmə aparatının ləğvi büdcə xərclərinin də qənaəti deməkdir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26