Interposta.Info

Kəlbəcərdə son vəziyyət (VİDEO)

Ölkə
 4-02-2022, 12:31     250

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Ömər aşırımından keçən respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-İstisu və Kəlbəcər-Laçın avtomobil yollarında, həmçinin yerli əhəmiyyətli digər yollarda hərəkətin təhlükəsizliyi və faziləsizliyini təmin etmək üçün yolların qardan və buzdan təmizlənməsi işləri aparır.

"İnterPosta" bu barədə Agentliyə istinadən xəbər verir.

Məlumata görə, bu məqsədlə Kəlbəcər rayonunda qərargah və 21 istiqamətdə dayaq məntəqələri yaradılıb. Qərargah və dayaq məntəqələri sərt iqlimə uyğun lazımi avadanlıqlarla təchiz edilib, ərzaq, yanacaq-sürtkü, duz-qum ehtiyyatları ilə təmin olunub.

Maşın-mexanizm və texnikaların fasiləsiz xidmətini, işçilərin isinməsi və istirahəti təşkil etmək üçün xüsusi xidməti sahələr və yaşayış düşərgələri də yaradılıb. Yetəri qədər yemək və içməli su ehtiyyatı görülüb, işçilərə isti geyimlər verilib.

Qarın kürənməsi, yolların qar uçqunundan təmizlənməsi işlərinin aparılması üçün əraziyə 100-ə yaxın maşın-mexanizm və texnika təhkim olunub, xidməti qrup yaradılıb. Xidməti qrupun tərkibində çalışan çilingər ustaları, mexaniklər təmirə ehtiyacı olan maşın-mexanizmlərə texniki xidməti yerindəcə göstərir, rezin təkərli mexanizmlər zəncirlərlə təmin edir. Maşın-mexanizm və texnikaların, həmçinin xidməti sahələr və yaşayış düşərgələrində olan işıq generatorların fasiləsiz çalışması üçün ərazilərə yanacaq daşıyan maşınlar təhkim edilib.

Kəlbəcərə gələn bütün yollar nəzarət altında saxlanılır. Lazım olduqca yolların qardan təmizlənməsi istiqamətində müvafiq tədbirlər görülməklə avtonəqliyyat vasitələrinin normal, təhlükəsiz və fasizləsiz hərəkəti təmin olunur və olunmağa davam etdirələcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26