Interposta.Info

Bu yollarda dumana görə görünüş məsafəsi məhdudlaşacaq

Ölkə
 29-01-2022, 15:16     316

Yanvarın 30-na avtomobil yollarında vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "İnterPosta"-ya bildirilib ki, yanvar ayının 30-da gecə və səhər saatlarında Bakı-Şamaxı-Yevlax, Quba-Xaçmaz, Quba-Qusar, Naxçıvan-Şahbuz, Masallı-Yardımlı, Lənkəran-Lerik, Gəncə-Kəlbəcər-Laçın, Giləzi-Xızı, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Şəmkir-Gədəbəy, Gəncə-Daşkəsən, Ağdam-Füzuli-Horadiz, Ucar-Zərdab-Ağcabədi magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 300-800 m-dək məhdudlaşacaq.

Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26