Interposta.Info

Kəlbəcərdə şəhid olan zabit dəfn edildi (YENİLƏNİB/FOTO)

Ölkə / Manşet
 1-02-2022, 19:40     351

Azərbaycan Ordusunun Kəlbəcərdə çovğun nəticəsində itkin düşərək şəhid olan baş leytenantı Bağırov Fuad Allahverdi oğlu Şirvan şəhərində dəfn olunub.

APA-nın xəbərinə görə, zabit anadan olduğu Şirvan şəhərində, Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Hərbi orkestrin müşayiəti ilə keçirilən dəfn mərasimində yaylım atəşi açılıb.

Mərasimdə hərbçilər, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

10.10

Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən itkin düşəndən üç gün sonra meyiti tapılan baş leytenant Fuad Bağırovun nəşi Şirvan şəhərinə gətirilib.

"Report”un Aran bürosunun məlumatına görə, zabitin üçrəngli bayrağa bükülmüş tabutu bu gün səhər saatlarında ailəsinə təhvil verilib.

Onun nəşi Şirvan şəhər Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, F.Bağırov ailəsi ilə birlikdə Gəncə şəhərində yaşayıb. Ailəli idi, bir oğlan və bir qız yadigarı qalıb.

Xatırladaq ki, baş leytenant Fuad Bağırov 3 noyabr 1991-ci ildə Şirvan şəhərində doğulub. 2009-2013-cü illərdə H. Əliyev adına Ali Hərbi məktəbdə təhsil alib. Rabitəçi ixtisasına yiyələnib.

Yanvarın 29-da 3 hərbçi yoldaşı ilə birlikdə Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun olması səbəbindən ərazidə istiqaməti itirərək azıb. Aparılan axtarışlar zamanı həmin gün kiçik çavuş Hüseynov Cavid Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu sağ tapılıb, hərbi hospitala yerləşdirilib. Davam edən axtarışlar zamanı baş leytenant F.Bağırovun nəşi ötən gün tapılıb.

Allah rəhmət etsin!

İnterPosta.info









Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26