Interposta.Info

MTN generalının məhkəməsi təxirə salındı (SƏBƏB)

 

Ölkə
 1-02-2022, 13:25     365

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi Mövlam Şıxəliyev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi qeyri-müəyyən vaxta təxirə saxlanılıb.

"İnterPosta" xəbər verir ki, buna səbəb hakim Elbəyi Allahverdiyevin koronavirus infeksiyasına yoluxmasıdır. Mövlam Şıxəliyev və digərlərinin cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılır.

Ötən prosesdə zərərçəkənlər diqqəti keçmiş Baş prokuror Zakir Qaralovla onun keçmiş birinci müavini Rüstəm Usubovun qanunsuz əməllərinə yönəldiblər.

Qeyd edək ki, Elbəy Allahverdiyevin sədrliyi ilə ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi araşdırılır.


İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26