Interposta.Info

Azərbaycanda tanınmış bəstəkarın həyat yoldaşı vəfat etdi (FOTO)

Ölkə
 26-01-2022, 09:50     368

Azərbaycanın tanınmış bəstəkarı, pedaqoq, musiqi xadimi, professor, Azərbaycan SSR xalq artisti (1989), "Şöhrət" və "İstiqlal" ordenləri laureatı Vasif Adıgözəlovun həyat yoldaşı Xalidə xanım dünyasını dəyişib.

"İnterPosta" xəbər verir ki, bu barədə tanınmış həkim Adil Qeybulla feysbukda paylaşım edib.

O bildirib ki, mərhumun cənazəsi sabah saat 11-də Bakı şəhəri, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi), 23 ünvandan - Bəstəkarlar binasının həyətindən götürüləcək və dəfn üçün Quba şəhərinə aparılacaq.

İnterPosta.info




Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26