Interposta.Info

Son sutkada neçə nəfər yoluxub?

 

Ölkə
 10-01-2022, 17:25     293

Azərbaycanda bu gün koronavirus infeksiyasına 329 yeni yoluxma faktı qeydə alınıb, 358 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

"İnterPosta" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkadan 12 nəfər COVID-19-dan dünyasını dəyişib.

Bu gün (COVID-19) əleyhinə 58 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37, "buster” doza üzrə vaksin vurulmayıb.

Vurulan vaksinlərin ümumi sayı 11 498 430, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 184 066, ikinci mərhələ üzrə 4 695 363 nəfər təşkil edir. Ümumilikdə isə 1 619 001 "buster” doza vurulub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26