Interposta.Info

Son sutkada koronavirusa nə qədər adam yoluxub?

Ölkə
 8-11-2021, 22:39     93

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 310 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İnterPosta"ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 548 591 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 509 201 nəfər müalicə olunaraq sağalıb, 7 293 nəfər vəfat edib, aktiv xəstə sayı 32 097 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 034, ötən müddət ərzində isə ümumilikdə 5 292 250 test aparılıb.

Son sutkada koronavirus (COVID-19) əleyhinə 193 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 164 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 917 741, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 997 514, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 435 101, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 485 126 təşkil edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26