Interposta.Info

160 mindən çox uşağa görə aliment ödənilir

Ölkə
 16-12-2021, 17:26     277

"İcra xidmətinin icraatında 700 mindən çox icra sənədləri varsa, onlardan 100 mindən çoxu aliment tələbi ilə bağlıdır".

"İnterPosta" xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İcra Baş idarəsinin analitik-nəzarət şöbəsinin aparıcı məsləhətçisi Kəmalə Əhmədova "Aliment və digər borc tələblərinə dair qərarların icrası” mövzusunda keçirilən canlı yayımda deyib.

O bildirib ki, bunların sayı iləbəil artmaqdadır: "Aliment işlərində uşaqların sayı 160 mindən çoxdur. 2009-cu ildə alimnentlə bağlı icra sənədlərinin sayı 25 mindən çox idisə, son iki ildə 4 dəfəyə qədər artım olub. Bununla da 99 mindən çox icraatda icra tələbi olub. Son il yarım ərizində 130 milyon manatadan çox aliment tələbkarlara ödənilib”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26