Interposta.Info

2019-cu ildə Avropaya 36 mindən çox miqrant köçüb

Dünya
 27-07-2019, 08:50     10 359

2019-cu ilin başlanğıcından bu yana Avropaya 36 mindən çox miqrant və qaçqın gəlib.

Bu barədə miqrasiya üzrə beynəlxalq təşkilat tərəfindən məlumat verilib.

“Bu il iyulun 24-ü tarixinə qədər Avropaya 36670 miqrant gəlib ki, bu da keçən ilə nisbətən 35% azdır. 2018-ci ilin eyni dövrünə qədər Yaxın Şərq və Şimali Afrikadan Qoca Qitəyə pənah aparanların sayı 54978 nəfər olub”, -deyə təşkilatın nümayəndəsi Ceol Milman Cenevrədə keçirdiyi mətbuat konfransında bəyan edib.

Miqrant və qaçqınların əksər hissəsi Yunanıstana (17791) və İspaniyaya (12443) üz tutub. İtaliya 3552 adam qəbul edib. Qalanları isə Kipr və Maltaya gedib.

İyulun 24-nə qədər olan məlumata əsasən, dənizdə 686 miqrant ya ölüb, ya da xəbərsiz itkin düşüb. Bu həftənin 4-cü günü Liviya sahillərində miqrantları daşıyan gəminin batması ilə həmin rəqəm əhəmiyyətli dərəcədə artacaq.

BMT-nin Qaçqınların işi üzər Ali komissarlığından verilən xəbərə görə, baş verən faciədə qadın və uşaqlar da daxil olmaqla 150 insanın həlak olduğu söylənilir.

Keçən il yanvarın 1-dən iyul ayının 24-nə qədər Aralıq dənizində batanlaırn sayı 1508 nəfər olmuşdu./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26