Interposta.Info

Yağmurlu hava şəraiti nə vaxta qədər davam edəcək?

Ölkə
 14-12-2021, 11:28     279

Yağışlı hava şəraiti sabah günorta saatlarına qədər davam edəcək.

"İnterPosta" xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

Onun sözlərinə görə, yağıntılar gecə saatlarında da davam edəcək və mülayim şimal-şərq küləyi əsəcək.

"Sabah gündüz saatlarından yağmursuz hava şəraitinin müşahidə olunacağı gözlənilir. Dekabrın 15-i ölkə ərazisində hava şəraiti sabit keçəcək", - deyə G.Məmmədova bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26