Interposta.Info

Proqnozlar Bürosu: Növbəti günlərdə ölkə ərazisində hava şəraiti sabit keçəcək

Müxtəlif
 17-11-2017, 11:41     8 737

“Növbəti üç gün ərzində Azərbaycanda hava şəraitində mühüm dəyişiklik gözlənilmir”.

interposta.info xəbər verir ki, bunu Report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, noyabr ayının 17 və 18-də gündüz saatlarında ölkənin bəzi yerlərində yağış yağacağı gözlənilir: "Noyabrın 18-də gündüzdən etibarən ayın 19-20-də ölkə ərazisində hava şəraitinin sabit, əsasən, yağmursuz keçəcəyi gözlənilir, şərq küləyi əsəcək. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26