Interposta.Info

Ermənilər Qarabağda ən çox hansı əraziləri minalayıb? - Açıqlama

Ölkə
 11-12-2021, 00:22     337


Bununla bərabər, postmüharibə dövründə 200-ə yaxın azərbaycan vətəndaşı minaların qurbanı olub. Bəzi istisnaları nəzərə almasaq bu səfərlərin xətasız örtüşdüyünü söyləmək mümkün deyil.

Buna səbəb nədir? Niyə insanlar fərdi qaydada bölgəyə üz tutarkən mina patlatması nəticəsində ölür, yaxud yaralanır, amma kütləvi tədbirlər zamanı hər-hansı bədbəxt hadisə qeydə alınmır. Bu təcrübədən istifadə etməkdə işğaldan azad olunmuş ərazilərə səfər edən vətəndaşlarımızın həyatını sığortalamq mümkün deyil? Ermənilər Qarabağda ən çox hansı əraziləri minalayıb?

Mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən hərbi ekspert Ruslan İmamquliyev bildirib ki, Ermənistanın Qarabağda ən çox hansı ərazini minaladığını söyləmək qeyri-mümkündür.

"Yaşayış məntəqələri, ziyarət edilə biləcək abidələr, qəbirstanlıqlar və s. əksərən minalanıb. Bu hərbi cinayət, hətta terror əməlidir.

Qarabağda işğaldan azad olunmuş ərazilərə planlaşdırılmış gəzintilər və ziyarətlər adətən, əvvəlcədən yoxlanılmış ərazilərdə olur. Təbii ki, bu ərazilər təhlükəli olarsa, heç bir gəzinti və ya səfərdən söhbət gedə bilməz. Bu halda əraziyə icazəsiz daxil olmağa çalışan şəxs daim risklə qarşılaşa bilir və nəticə göz qabağındadır.

İşğaldan azad olunmuş ərazilərdə minadan qorunmaq üçün müəyyən tədbirlər aparılır. İnsanlar həmin ərazilərdə işarələrə diqqət yetirməlidir. Başqa bir məsələ bu səfərləri təşkilində təhlükəsizlik orqanları ilə icazə alınmış şəkildə hərəkət etməlidirlər. Bu halda heç bir normativlər pozulmayacaq, insanların da həyatı təhükə altında olmayacaq”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26