Interposta.Info

Bakıda bu ərazidə şagirdlərə "patı" paylanıb? - Polis həmin şəxsi saxladı (VİDEO)

 

Ölkə / Manşet
 8-12-2021, 10:39     66 242

Abşeron rayonunda şirniyyat adı ilə şagirdlərə xüsusi qablarda naməlum maddələrin paylandığı iddia olunur.

"İnterPosta" xəbər verir ki, hadisənin Abşeron rayonunun Masazır qəsəbəsində, "Cantəpə" adlanan ərazidə baş verdiyi bildirilir.

Qeyd edək ki, ərazidə Kəlbəcər rayon 56 nömrəli tam orta məktəb yerləşir. İddia olunur ki, naməlum şəxs və ya şəxslər də bu ərazini məhz şagirdləri hədəf kimi müəyyənləşdirdikləri üçün seçiblər. Onların avtomobildən düşərək şagirdlərə xüsusi qablarda şirniyyat adı ilə narkotik tərkibli maddələr verdikləri iddia edilir. Sakinlər narkotikin "patı" olmasından şübhələnirlər.

Kəlbəcər rayon 56 nömrəli tam orta məktəbin direktor müavini Nizami Əsgərov məsələdən xəbər tutan kimi hüquq- mühafizə orqanlarına məlumat verdiyini deyir.

Məsələni Daxili İşlər Nazirliyi nəzarətə götürüb. Nazirlikdən "Xəzər Xəbər"ə bildirilib ki, şagirdlərə şirniyyat adı altında xüsusi maddə payladığı iddia olunan şəxs artıq Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsi tərəfindən saxlanıb. Həmin qabda olan maddə isə nə olduğunu araşdırılması üçün eksperteziya göndərilib. Cavab çıxandan sonra məsələyə hüquqi qiymət veriləcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26