Interposta.Info

Dövlət qurumunun 19 əməkdaşı qanun pozuntusuna görə işdən çıxarıldı

Ölkə
 7-12-2021, 09:33     396

"Bu ilin 9 ayı ərzində meşə qanunvericiliyinin pozulması səbəbindən 19 nəfər işdən çıxarılıb”.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə məlumat verib.

Onun sözlərinə görə, Meşələrin İnkişafı Xidməti və tabeli qurumlar tərəfindən ümumilikdə 2021-ci ilin 9 ayı ərzində meşə qanunvericiliyinin pozulması halları ilə əlaqədar 3 457 akt tərtib edilərək, 441 215 manat məbləğində ziyan hesablanıb.

"Bundan 2 962 akt 6050 kubmetr həcmində 12 834 ədəd ağacın qanunsuz kəsilməsinə görə tərtib edilib. Meşə qanunvericiliyinin pozulması halları ilə əlaqədar 9 ay ərzində 216 478 manat məbləğində 186 iş hüquq mühafizə və məhkəmə orqanlarına göndərilib.

Həmçinin meşə qanunvericiliyinin pozulması səbəbi ilə meşə təsərrüfatı işçilərindən 1 şəxsin vəzifə maaşı azaldılıb, 91 xəbərdarlıq, 112 töhmət, 42 şiddətli töhmət verilməklə 19 meşə təsərrüfatı əməkdaşının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndi ilə xitam verilib”, - deyə xidmət rəisi əlavə edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26