Vilayət Eyvazov rəisi sərəncama göndərdi

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
"İnterPosta" oxu.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Turab Əsgərov Cəlilabad Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin edilib.
O, bu təyinata qədər Salyan Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin rəisi vəzifəsində xidmət aparıb.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26