Interposta.Info

Deputatın bacısı oğlunu maşın vurub öldürdü (FOTO)

Ölkə
 2-12-2021, 09:06     248

Hacıqabulda axşam saatlarında piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"İnterPosta" "Qafqazinfo”ya istinadən xəbər verir ki, VAZ-2107 markalı 54 BG 680 dövlət nömrə nişanlı avtomobil Şirvan sakini, 1991-ci il təvəllüdlü Cəfərov Şəhriyar Cəfərağa oğlunu vurub.

Hadisə Hacıqabul Rayon Polis Şöbəsinin qarşısında baş verib. Xəsarət alan piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə nəticəsində vəfat edən Şəhriyar Cəfərov Hacıqabul RPŞ-nin keçmiş əməkdaşı olub. Əldə edilən məlumata görə, Ş. Cəfərov Milli Məclisin deputatı İltizam Yusifovun bacısı oğludur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26