Interposta.Info

Döyüşlərdə iştirak edən hərbçilərin maaşı bu qaydada artırılacaq (RƏSMİ)
 

Ölkə / İqtisadiyyat / Manşet
 17-11-2021, 14:48     339

Cəbhəboyu zonada müdafiə zolağında yerləşən və döyüş əməliyyatlarının başlanacağı anda döyüş tapşırığı almış hərbi hissələrdə xidmət edən və bu hərbi hissələrə ezam olunan hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan vəzifə maaşı, rütbə maaşı və xidmət illərinə görə əlavə 1,5 qat (variant – 2 qat. DTX) hesablanacaq.

"İnterPosta" xəbər verir ki, bu, "Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsində əksini tapıb.

Cəbhəboyu zonada müdafiə zolağında yerləşən və döyüş əməliyyatlarının başlanacağı anda döyüş tapşırığı almış hərbi hissələrin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26