Interposta.Info

Zəfər Gününə böyük amnistiya gəlir - bu cərimələriniz silinə bilər (VİDEO)

 

Ölkə / Manşet
 2-11-2021, 11:07     199 386

Bu dəfə Zəfər Günü ilə əlaqədar daha fərqli amnistiya aktının imzalanması gözlənilir. Ənənəvi olaraq amnistiyaya daxil olan müəyyən kateqoriyalarla yanaşı bir neçə yeniliklər də nəzərdə tutulur. Belə ki, bu ilki amnistiya aktında pandemiya dövrü ilə bağlı cərimə sanksiyalarının ödənilməsi məsələsi də yer ala bilər.

Bu il Qələbənin tarixi əhəmiyyəti nəzərə alınaraq daha fərqli amnistiya aktı imzalana bilər.

Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyevin Xeberxezer.az-a açıqlamasına görə, amnistiya aktının 8 Noyabr Zəfər Günü ərəfəsində qəbul ediləcəyi və bu təşəbbüsün 15 min şəxsə şamil olunacağı gözlənilir. O bildirib ki, həmin şəxslərdən 1500-ə yaxın məhbusun azadlığa çıxması mümkün ola bilər.

Əliməmməd Nuriyev bildirib ki, bu dəfə Zəfər Günü ilə əlaqədar daha fərqli amnistiya aktının imzalanması gözlənilir. Belə ki, amnistiya aktında pandemiya dövrü ilə bağlı cərimə sanksiyalarının ödənilməsi məsələsi də yer ala bilər.

Xatırladaq ki, ölkəmizdə sonuncu dəfə amnistiya aktı 2016-cı ildə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May - Respublika günü münasibətilə verilib. Həmin Amnistiya aktı 10 min şəxsi əhatə edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26