Interposta.Info

Prokurorluq Şamaxıda baş verən partlayışla bağlı MƏLUMAT YAYDI

Ölkə
 22-10-2021, 11:21     345

Oktyabrın 2-də Şamaxı şəhər sakini MirDaşqın Babayevin yaşadığı evin hamam otağında qaz sızması ilə əlaqədar baş verən partlayış nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alması və aldığı xəsarətlərdən oktyabrın 3-də müalicə olunduğu xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Şamaxı rayon prokurorluğundan Hit.az-a verilən məlumata görə, hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26