Interposta.Info

Astara rayonunda 4 ildir çadırda yaşayan ailə - VİDEO

Ölkə / Paradoks
 9-10-2021, 11:44     1 324

4 ildir çadırda yaşayan ailə

İnterPosta.info media qurupuna müraciət edən Astara tayon Miki kənd sakini Hüseynova İlhamə Süleyman qızı bildirir ki, ailəsi və 3 övladı ilə 4 ildir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş çadırda yaşayırlar.

Vətəndaş müraciətində göstərir ki, rayonun Miki kəndində olan evlərində elektirikdə qısa qapanma baş verməsi nəticəsində evləri tamamilə yanaraq kül olub.

Bundan sonra Astara rayon icra hakimiyyətinə müraciət ediblər. Müraciətlərindən sonra ailəyə 500 manat maddi yardım göstərilib. Hüseyinovlar ailəsi həmən pulla çadıra pol vurdurduğunu deyir.

Üstündən bir müddət keçdikdən sonra ailə Astara rayon icra hakimiyyətinə yenidən müraciət edib ki, onları mənzillə təmin olunmasına köməkdarlı edilsin.


Hüseyinova bildirir ki, qurumdan onlara cavab olaraq bildirilib ki, büdcələrində vəsayid yoxdur.

Payız yağışları ailənin yaşayişin çətinləşdirdiyinin görüntülərini media qurupumuza təqdim edib və bildirir ki, qışda çadırda yaşamaq onlara çox çətindir.

Çarəsiz qalan ailə Azərbaycan Prezidenti İlham Əliyevə və vitse-Prezident Mehirban Əliyevaya müraciət edir.

İnterPosta.info Media TV-nin hazırladığı geniş sujeti təqdim edir:



Hüseyinova İlhamə Süleyman qızı səsləndirdiyi fikirlərə görə qarşı tərəfi dinləməyə hazırıq.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26