Interposta.Info

Əli Kərimlinin mühafizəçisinə 13 il həbs verildi

Ölkə
 8-10-2021, 16:51     423

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin mühafizəçisi Niyaməddin Əhmədova hökm oxunub.

"İnterPosta"nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə o, 13 il azadlıqdan məhrum edilib. Bu barədə AXCP üzvləri sosial şəbəkədə məlumat yayıblar.

Qeyd edək ki, dövlət ittihamçısı N. Əhmədovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, N.Əhmədov Cinayət Məcəlləsinin 214-1-ci (Terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə təqsirləndirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26