Interposta.Info

Rafael Cəbrayılov peyvənddən imtina edibmiş (RƏSMİ)

Ölkə
 30-09-2021, 14:16     331


Penitensiar xidmət Rafael Cəbrayılovun ölümü ilə bağlı məlumat yayıb.

Xidmətdən "İnterPosta"ya daxil olan məluatda deyilir:

"Vəzifə cinayətinə və dələduzluq əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunan Milli Məclisin sabiq üzvü Cəbrayılov Rəfael Kamil oğlu sentyabr 30-da müalicə aldığı xəstəxanada vəfat etmişdir.

Qeyd olunur ki, Bakı Ağır Cinayətlər Məhkəməsində haqqında işinə baxılan R.Cəbrayılovun hüquqlarını müdafiə edən vəkili koronavirus infeksiyasına yoluxduğu üçün məhkəmə təxirə salınmışdır.

Bundan sonra R.Cəbrayılovdan "COVİD-19" infeksiyasına qarşı test nümunələri götürülmüş və nəticəsi pozitiv çıxmışdır.

Cəzaçəkmə müəssisələrində könüllü olaraq aparılan kütləvi vaksinasiyadan qəti imtina etmiş 1958-ci il təvəllüdlü, xroniki şəkərli diabetin kəskinləşməsindən və arterial hipertoniyadan əziyyət çəkən R.Cəbrayılov müvafiq müalicə tədbirlərinə cəlb olunmuş, lakin xroniki xəstəlikləri ilə əlaqədar təhlükəli risk qrupuna daxil olması nəzərə alınaraq sentyabrın 28-də o, müalicəsini davam etdirmək üçün "Yeni Klinika" xəstəxanasına yerləşdirilmişdir.

Aparılan müalicə tədbirlərinə baxmayaraq R.Cəbrayılov vəfat etmişdir".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26