Interposta.Info

Keçmiş deputatın qardaşı məhkəməyə verilir – “Rafael Cəbrayılov qalmaqalı” davam edir

Gündəm
 2-11-2021, 18:00     523

Mərhum keçmiş deputat Rafael Cəbrayılovun borclu olduğu şəxslər onun qardaşlarını məhkəməyə verməyə hazırlaşır.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, artıq borc sahiblərindən bir neçəsi Rafael Cəbrayılovun qardaşı,"Dərhal” tikinti şirkətinin sahibi Elşən Cəbrayılov barəsində idddia ərizəsi hazırlayıb. Həmin şəxslər yaxın günlərdə məhkəməyə müraciət edəcək.

Məlumatda həmçinin qeyd edilir ki, digər borc sahibləri Rafael Cəbrayılovun cinayət işi ilə əlaqədar məhkəmənin qərarını gözləyirlər.

"Rafael Cəbrayılov dünyasını dəyişib. İndi biz məhkəmənin qərarını gözləyirik. Görək nə qərar çıxarılar, onun varisiləri kim olacaq və s. Bundan sonra əlbəttə ki, pulumuzu geri almaq üçün hüquqi müstəvidə mübarizəmizi davam etdirəcəyik”, - deyə zərərçəkənlərdən biri bildirib.

Eyni zamanda məlum olub ki, məhkəmənin qərarını gözləyən digər zərərçəkənlər də Elşən Cəbrayılovu məhkəməyə vermək niyyətindədir:

"Biz pulları Rafael Cəbrayılova versək də, müqavilələr Elşən Cəbrayılovla bağlanıb. Bütün müqavilələrdə onun imzası var. Pulları isə Rafael Cəbrayılova vermişik. Rafael Cəbrayılov məhkəmədə deyirdi ki, bütün günahlar qardaşındadır. Mərhum o vaxt deyirdi ki, bizi qardaşı aldadıb. Bu əməli ilə onu da çətin vəziyyətə salıb. Hətta qardaşı haqqında ağır ifadələr də işlədirdi Ona görə də düşünürük ki, biz də Elşən Cəbrayılov barəsində şikayət verək”.

Rəfael Cəbrayılov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunurdu. İttihama görə, mərhum 10-dan çox vətəndaşdan külli miqdarda pul alaraq məniməsyib. Lakin məhkəmə prosesi bitmədən Rafael Cəbrayılov koronavirus infeksiyasından dünyasını dəyişib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26