Interposta.Info

Fiziki şəxslərin bank əmanətlərinin həcmi niyə azalıb? - İqtisadçı ekspert

Ölkə
 25-09-2021, 10:26     102

"Fiziki şəxslərin bank əmanətlərinin həcmi ona görə azalıb ki, onlar ehtiyat vəsaitlərini geri alaraq, mayadan xərcləyiblər”.

Bunu "İnterPosta"-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov rəsmi məlumatlara əsasən Azərbaycanda fiziki şəxslərin banklardakı əmanətlərinin həcminin avqust ayında 46,8 milyon manat azalaraq, 8,56 milyard manata düşməsinin səbəbindən danışarkən deyib.

Ekspert bildirir ki, sözügedən azalma ehtiyac amilindən qaynaqlanır:

"Vətəndaşlar manatla vəsaitlərini depozitlə yerləşdirirdi. Öncəki dövrdə bu, daha çox dolalrla ifadə olunurdu. Amma ölkədə baş verən iki devalvasiyadan sonra banklarda dollarla faiz dərəcəsi kifayət qədər aşağı olduğundan, vətəndaşlar bir müddət gözləmə mövqeyi tutdu. Sonradan inamın yenidən bərpası fonunda əhali vəsaitlərini manatla saxlamağa üstünlük verdi. Ancaq devalvasiyanın təsirləri son il yarım ərzində Azərbaycanda bir çox işgüzar mühiti iflic vəziyyətə salıb. Bu ehtiyat vəsaitlərin geri qaytarılaraq mayadan xərclənməsilə bağlıdır ki, hazırda fiziki şəxslərin banklardakı əmanətlərində azalma baş verib. Yəni ehtiyac baxımından əmanətlər geri çəkilərək xərclənməyə yönəlib. Ona görə də sözügedən azalma baş verib”.



Həmsöhbətimiz növbəti dövrdə də fiziki şəxslərlə bağlı anoloji vəziyyətin təkrarlana biləcəyini istisna etmir:

"Bu gözləniləndir. Biznes mühiti aktivləşməsə, iş yerləri tamamilə bərqərar olmasa, anoloji vəziyyət növbəti mərhələdə də davam edəcək. Bilirsiniz ki, bir sıra sahələrdə, bəzi xidmət sektorunda müəyyən ixtisarlar oldu, maaşlar azaldı. Bu da əsasən özəl sektorda özünü göstərib. Ona görə də hazırda kapitalın geri çəkilməsi prosesi gedir. Riskli bankların siyahısı bəllidir. Digər banklar isə stabil olaraq depozit hesablarından vəsaitlər verməkdə davam edir. Yəni bank sistemində hər hansı bir təhlükə yoxdur”.

İnyetPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26