Interposta.Info

Azərbaycanda bank əmanətlərinin dollarlaşma səviyyəsi 72%-dək azalıb

İqtisadiyyat
 10-10-2017, 17:17     8 115

2017-ci ilin yanvar-avqust aylarında Azərbaycanda əhalinin bank əmanətləri 16,1% - 4 mlrd. 977,1 mln. manatadək (əhalinin bütün əmanətlərinin 72,2%-i) azalıb

interposta.info bildirir ki, bu barədə interfax.az-a Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

2016-cı ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 79,6% təşkil edib.

Cari ilin yanvar-avqust aylarında əhalinin bank əmanətləri 7,4% – 6 mlrd. 895,5 mln. manatadək azalıb.

AMB-nin məlumatına görə, qeyd olunan dövrdə milli valyutada əmanətlərin həcmi 26,4% - 1 mlrd. 918,4 mln. manatadək (bütün əmanətlərin 27,8%-i) artıb.

2017-ci il sentyabrın 1-nə rezidentlərin bank əmanətlərinin həcmi 6 mlrd. 96,7 mln. manat, qeyri-rezidentlərin bank əmanətlərinin həcmi 798,8 mln. manat təşkil edir. Yanvar-avqust aylarında rezidentlərin əmanətləri 6%, qeyri-rezidentlərin əmanətləri 17,4% azalıb.

Avqustun 31-nə Azərbaycanda əmanət və depozitlərin həcmi 21 mlrd. 8 mln. manat təşkil edir ki, bu da ötən ilin sonuna olan göstəricidən 4,9% azdır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26