Interposta.Info

Bankların balans kapitalı 4 milyarda yaxınlaşıb, kreditləşmə 30% azalıb

İqtisadiyyat
 5-04-2018, 11:43     10 438

Azərbaycanın bank sektoru bu ilin yanvar-fevral aylarını 141,3 mln. manat xalis mənfəətlə başa vurub.

"XeberBiz" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə çoxdur.

Bu il martın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 28,5 mlrd. manat, cəmi öhdəlikləri isə 24,6 mlrd. manat təşkil edib.

Məlumata görə, sektorun balans kapitalı 3,9 mlrd. manat, əhalinin əmanətləri isə 7,7 mlrd. manat olub. 2018-ci ilin fevral ayı ərzində bank sektorunun aktivləri 1,2% (329 mln. manat), öhdəlikləri 1% (246 mln. manat), kapitalı isə 2,2% (83 mln. manat) artıb.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı 2,444 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,331 nəfər təşkil edib.

Bankların Mərkəzi Bank qarşısında öhdəliyi isə bu il martın 1-nə 497,5 mln. manat təşkil edib. Bu, ilin əvvəlinə nisbətən 2%, illik müqayisədə isə 42,5% azdır.

Bankların depozit portfeli bu il martın 1-nə 17 140,3 mln. manat təşkil edib. Bu, ilin əvvəlinı nisbətən 1,45%, illik müqayisədə isə 5,7% çoxdur.

Bank sektorunun xalis kredit portfeli isə bu il martın 1-nə 9 677,3 mln. manat təşkil edib. Bu, ilin əvvəli ilə müqayisədə 1,9% azdır. Son ildə isə banklar kreditləşməni 29,3% azaldıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26