Interposta.Info

Bakının mərkəzində iki yürüş keçirildi (FOTOLAR)

Ölkə / Manşet
 15-09-2021, 13:42     519

Bakının işğaldan azad edilməsi münasibətilə paytaxtda iki yürüş keçirilib.

Yürüşlərdən birinə Şəhidlər xiyabanında Türk şəhidləri abidəsinin önündən start verilib.

Azərbaycan və Türkiyə ordusunun bir qrup generalı Türk şəhidləri abidəsinin önünə əklil qoyublar. Daha sonra hərbi orkestrın müşayiəti ilə Türkiyənin və Azərbaycanın Dövlət himni səsləndirilib.

İçərişəhər metrosu-İqtisadiyyat Universitetinin binası-Qala Qapısı-"AzNeft” dairəsi marşrutu ilə davam edən yürüş Bəhram Gurun heykəlinin önündə yekunlaşıb.

İkinci marşrut üzrə yürüş Səməd Vurğun bağından başlayıb, Azadlıq meydanında başa çatıb. Yürüşdə hərbi orkestrin müşayiəti ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 150 nəfər şəxsi heyəti iştirak edib.

Qeyd edək ki, bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının ildönümüdür. 1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub./report

İnterPosta.info

























Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26