Interposta.Info

Sabiq icra başçısı həbsdən buraxıldı

Ölkə / Manşet
 15-09-2021, 13:33     600

Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov həbsdən buraxılıb.

Bu barədə onun vəkili Elnur Vəliyev məlumat verib.

Vəkil bildirib ki, bir müddət əvvəl sabiq icra başçısının vəziyyəti pisləşib və o, Bakı şəhərində Mərkəzi Klinikaya yerləşdirilib.

Ötən gün isə həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət verilib.

Şəki Ağır Cinayətlər Məhkəməsi vəsatəti təmin edib və sabiq icra başçısı barədə başqa yerə getməmək barədə iltizam tədbiri seçilib./apa

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26