Interposta.Info

Həbsdəki icra başçılarının koronavirus müəmması - Virus onları ölümə, yoxsa azadlığa aparır?

Müxtəlif
 29-09-2021, 15:40     548

Bu gün İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin koronavirusa yoluxması xəbəri yayılıb.

Sabiq icra başçısının COVID-19 xəstəliyi ilə bağlı verdiyi analizin cavabı pozitiv çıxıb və o, Ədliyyə Nazirliyinin ixtisaslaşmış Müalicə müəssisəsinə köçürülüb. Vəziyyətinin ağır olduğu bildirilir.
Bundan bir neçə gün əvvəl isə Biləsuvar rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı, koronavirus infeksiyasına yoluxub. Hazırda müalicə olunur. Onun ECMO cihazına qoşulduğu bildirilir.
Həbsdə olan digər bir icra başçısı - Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyev də həbsxanada bu virusa yoluxmuşdu. Amma mübarizə apara bilmədi və dünyasını dəyişdi.
Bəs görəsən, hər kəsdən təcrid olunan bu icra başçıları COVID-19-a necə yoluxurlar? Və necə olur ki, hazırda müalicə prosesində olan başçılar demək olar ki eyni vaxtda xəstələnir? İşin daha bir müəmmalı tərəfi odur ki, xüsusi diqqət mərkəzində olan bu şəxslərin vəziyyətləri niyə bu qədər kəskin pisləşib? Onlar niyə xəstəliyin ən şiddətlənən vaxtında xəstəxanaya yerləşdirilir?...
Qeyd edək ki, sentyabrın 15-də Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov xəstəliyi ilə əlaqədar həbsdən buraxılıb./Bakupost.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26