Interposta.Info

Yeni tədris ili nə vaxt başlayacaq? - RƏSMİ AÇIQLAMA

Ölkə
 2-09-2021, 18:22     572

“Yeni tədris ilinin başlanması ilə bağlı vəziyyət təhlil olunur”.

"İnterPosta" xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, bu sahədə aparıcı beynəlxalq qurumların tövsiyələri araşdırılır: “Buna uyğun olaraq fəaliyyət istiqamətləri müəyyən ediləcək”.

“Tədrisin bütün pillələri üzrə hansı tarixdə və formada təşkili ilə bağlı qəbul ediləcək qərarlara dair çox yaxın günlərdə ətraflı məlumat veriləcək”, - deyə, o qeyd edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26