Interposta.Info

Azərbaycanda dərslər dayandırılacaq? - Rəsmi açıqlama

Müxtəlif / Manşet
 2-03-2020, 13:15     1 201

"Koronavirus epidemiyası ilə bağlı mübarizə ilk gündən diqqət mərkəzindədir. Artıq yüzlərlə məktəbdə dezinfeksiya işləri aparılıb və proses növbəti günlərdə də davam edəcək".

"İnterPosta" xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

O bildirib ki, məktəblərdə fəaliyyət göstərən qərargaha toplanan müvafiq məlumat təhlil olunur və nəticələr barədə qərar qəbul edilir.

Nazirlik rəsmisi eyni zamanda məktəblərdə təhsilin dayandırılması ilə bağlı fikirlərə də münasibət bildirib: "Hələlik bu barədə heç bir qərar verilməyib. Mövcud vəziyyət müzakirə edilir və bu barədə hər hansı qərar qəbul edilərsə ilk növbədə mətbuat məlumatlandırılacaq".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26