Interposta.Info

Vaksin olunanlardan neçə faizi koronavirusa yoluxub?

Ölkə
 21-08-2021, 19:44     401

Azərbaycanda vaksin olunanlar arasında 0,6 faiz yoluxma halı müşahidə olunub.

"İnterPosta" xəbər verir ki, bu barədə məlumatı TƏBİB-in idarə Heyətinin sədri Ramin Bayramlı özünün tvitter hesabında paylaşıb.

"Sağlamlığımızı qorumaqda, peyvənd olunmaqda qərarlı olduğumuz müddətcə ürəkaçıcı nəticələrə birlikdə şahid olacağıq", - deyə R.Bayramlı paylaşımında qeyd edib.

Qeyd edək ki, hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 6 milyon 110 min 185, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 milyon 667 min 494, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 milyon 442 min 691 təşkil edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26