Interposta.Info

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı

Ölkə
 12-08-2021, 16:44     415

Avqustun 12-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 64 280 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İnterPosta"ya bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 43 943, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20 337 nəfərdir.

Hazırkı dövrədək ölkədə vurulan vaksinlərin ümumi sayı 5607591, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3287430, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2320161 təşkil edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26