Interposta.Info

Operativ Qərargah müzakirələrə başladı: Karantinin sərtləşdirilir? (AÇIQLAMA)

Ölkə
 14-08-2021, 13:20     441

Karantinin sərtləşdirilməsi Nazirlər Kabineti yanında Operativ Qərargahın apardığı müşahidələrə əsasən verilir. Onun yumşaldılması və dəyişdirilməsi təcrübəsi zamanla dəyişilir.

Bunu ARB24-ün "Gündəm" verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. O bildirib ki, bununla bağlı artıq müzakirələr aparılır:

"Vaxt keçdikcə virus haqqında bilgilərimiz artır, yeni imkanlar üzə çıxır. Əvvəlki dövrdə vaksinasiya prosesi yox idi, hər şey yalnız qoruyuculuq qaydalarına əsaslanırdı. Yəni insanlar arasında təmasların mümkün qədər azaldılmasına çalışılırdı. Bu gün vaksinasiya prosesi yoluxmanın sayını əngəlləyən faktorlardan birinə çevrilib. COVİD pasportu və immun sertifikatı tənzimləyici sənəddir. Dövlət artıq SMS-icazə kimi sərt tədbirlərlə hamını qapatmaq istəmir. Müəyyən mənada yoluxma riski az olan insanlara geniş imkanlar vermək istəyir. Yəni idarəedici alətlərlə daha yumşaq idarə etmək iqtidarındadır. Amma yenə də hər şey mövcud durumdan asılıdır. Yoluxma sayı artdıqca müvafiq olaraq səhiyyə sistemi də yüklənməyə başlayır. Çarpayı sayları, yoluxma dinamikası və digər iqtisadi məsələlər təhlil edilir və mütəxəssislər tərəfindən qərarlar verilir. Təbii ki, bu haqda müzakirələr gedir, amma hələ ki rəsmi qərar yoxdur. Yəqin ki, vəziyyət belə davam etsə, bu tip açıqlamalar olacaq".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26