Interposta.Info

Vaksindən virusa yoluxmaq mümkündürmü? - Baş infeksionistdən açıqlama

Müxtəlif
 2-10-2021, 09:53     424

Vaksindən koronavirusa yoluxmaq barədə səsləndirilən fikirlərin elmi əsası yoxdur.

"İnterPosta" xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

T.Eyvazov bildirib ki, əgər insan vaksin vurduran ərəfədə və yaxud sonra virusa yoluxursa, bunu peyvəndlə əlaqələndirmək doğru deyil:

"Vaksinlərin tərkibində canlı virus olmadığına görə onların istifadəsindən yoluxmaq mümkün deyil. İstər vaksin vurulan ərəfədə, istərsə də sonra insan virusa yoluxa bilər və bu gizli dövrdən sonra (2-14 gün arası) meydana çıxa bilər. Bu yoluxmanın səbəbi vaksin deyil, viruslu insanla təmasda olmaqdır”.

Qeyd edək ki, Azərbaycanda yanvarın 18-dən etibarən vaksinasiya prosesinə başlanılıb. Hazırkı dövrədək ölkədə vurulan vaksinlərin ümumi sayı 8 623 360, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 778 843, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 844 517 təşkil edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26