Interposta.Info

Şoyqu Ermənistanı Rusiyanın əsas müttəfiqi adlandırdı

Ölkə
 11-08-2021, 16:57     518

Moskvada Rusiya və Ermənistanın müdafiə nazirliklərinin rəhbərləri Sergey Şoyqu və Arşak Karapetyanın görüşü baş tutub.

Qaynarinfo mk.ru-ya istinadla xəbər verir ki, nazirlər Zaqafqaziyadakı regional vəziyyəti və Ermənistan silahlı qüvvələrində islahat planlarını müzakirə ediblər. Sergey Şoyqu qeyd edib ki, hərbi sahədə Rusiya-Ermənistan əməkdaşlığı həm ikitərəfli formatda, həm də KTMT çərçivəsində davam edir.

"Eyni zamanda, Ermənistan silahlı qüvvələrində islahatlar proqramının həyata keçirilməsinə kömək etməyə hazırıq. Bu, asan bir iş deyil, amma düşünürəm ki, təcrübənizlə bu işin öhdəsindən layiqincə gələcəksiniz", - RF müdafiə naziri deyib.

Arşak Karapetyan, öz növbəsində, Qafqazda təhlükəsizliyi dəstəklədiyi üçün Rusiyaya təşəkkür edib və müdafiə sahəsində daha da səmərəli əməkdaşlığa ümid etdiyini bildirib.

"Rusiya erməni xalqı üçün gerçək maddi təhlükəsizlik təmin edən və bu gün təkcə "Dağlıq Qarabağda” deyil, həm də birbaşa Ermənistan sərhədlərində təhlükəsizlik məsələləri ilə məşğul olan yeganə dövlətdir", - Arşak Karapetyan deyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26