Interposta.Info

Şoyqu: “Ermənistana böyük planla gəlmişik”

Dünya
 21-11-2020, 14:44     677

“Rusiya bundan sonra Dağlıq Qarabağda qan tökülməsinə imkan verməmək niyyətindədir”.

Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu İrəvanda Ermənistan baş naziri Nikol Paşinyan və müdafiə naziri Vaqarşak Aratyunyanla görüşündə bildirib.

“Ümid edirəm ki, bundan sonra Qarabağda dinc həyat qurmaq üçün çox iş var və bizim tərəfimizdən təbii ki, əsas vəzifə qan tökülməsinə imkan verməməkdir. Böyük bir planla gəlmişik, həyata keçirəcəyimizə ümid edirik", - deyə Rusiya müdafiə naziri vurğulayıb.

Qeyd edək ki, Rusiyanın bir neçə nazirindən ibarət nümayəndə heyəti Ermənistanda səfərdədir./apa

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26