Interposta.Info

Bu "ASAN Xidmət"də ancaq qazilər və şəhid ailələrinin üzvləri çalışır

Ölkə
 9-08-2021, 20:47     379

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 6 saylı Bakı "ASAN xidmət və 3 saylı "ASAN kommunal" mərkəzi fəaliyyətə başlayıb.

"ASAN xidmət"dən "İnterPosta"-ya verilən məlumata görə, 6 saylı Bakı "ASAN xidmət” mərkəzi Bakı şəhərində sayca 6-cı, ümumilikdə ölkə üzrə 21-ci mərkəzdir.

Mərkəz qeydiyyatda olduğu yerdən asılı olmayaraq bütün vətəndaşlara xidmət edəcək. Mərkəzdə xidmət edən dövlət orqanları da daxil olmaqla ümumilikdə 230 əməkdaş və 85 könüllü fəaliyyət göstərəcək. "ASAN xidmət” mərkəzinin işçiləri Vətən müharibəsi qazisi, şəhid və ya qazi ailələrinin üzvlərindən ibarətdir.

Mərkəz paytaxtın Xətai rayonunun Vunq Tau küçəsində, Heydər Əliyev parkının yaxınlığında olan ərazidə inşa edilib.

3 saylı "ASAN kommunal” mərkəzi Bakı şəhərində sayca 3-cü mərkəzdir. "ASAN kommunal” mərkəzi olmayan bölgələrdə isə kommunal xidmət sahələri bütün regional "ASAN xidmət” mərkəzlərinin inzibati binalarında təşkil edilib.

Mərkəz Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov 38 ünvanında inşa edilmiş çoxmərtəbəli binanın birinci və ikinci mərtəbələrində fəaliyyət göstərəcək. Mərkəz zirzəmi ilə birlikdə 2115 m2 ərazini əhatə edir.

3 saylı "ASAN kommunal” mərkəzində "Azəriqaz” İB, "Azərişıq” ASC və "Azərsu” ASC tərəfindən 52 , ümumilikdə isə 110 növ xidmət həyata keçiriləcək.

Əsasən Nizami (201.800), Xətai (289.900) və Sabunçu (247,200) rayonlarında qeydiyyatda olan ümumilikdə 738,900 vətəndaşın əhatəsində olan Mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək.

Mərkəzdə əməkdaşların sayı 90, könüllülərin sayı 15 nəfər nəzərdə tutulur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26