Interposta.Info

Bu rayonlarda da “ASAN xidmət” mərkəzləri tikiləcək - SİYAHI

Müxtəlif
 14-12-2017, 11:25     10 569

Azərbaycanın hansı rayonlarında “ASAN xidmət” mərkəzlərinin tikiləcəyi məlum olub.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, 2018-ci ilin əvvəlində Mingəçevirdə regional “ASAN həyat” kompleksinin istifadəyə verilməsi nəzərdə tutulur: "2018-ci ildə Şəki, İmişli, Ağcabədi, Tovuz, Şamaxı, Kürdəmir və Cəlilabad rayonlarında regional “ASAN xidmət” mərkəzlərinin inşasına başlanılacaq".

Qurumdan bildirilib ki, hazırda 11 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir: "Onlardan 5-i paytaxt Bakı şəhərində, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ və Masallıdadır. Dekabrın 7-də Quba "ASAN həyat" kompleksinin rəsmi açılış mərasimi keçirilib. Yaxın günlərdə Quba “ASAN xidmət” mərkəzi vətəndaşlara xidmət göstərməyə başlayacaq".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26