Interposta.Info

Eldəniz Səlimov keçmiş icra başçısının kadrıdır? - QALMAQALDA YENİ ADLAR

Ölkə / Paradoks
 30-07-2021, 20:29     1 981

"Foto gördüyünüz bu şəxs 82 yaşlı Şəmsəddin Xanbabayevdir. Uzun müddət Xaçmaz rayonunun icra başçısı işləyib. İki il əvvəl bu adamın bütün xidmətlərini nəzərə alıb, həbsə salınan başqa həmkarları kimi deyil, xətir-hörmətlə yola saldılar. Yerinə cavan bir icra başçısı təyin etdilər. Elə həmin vaxtdan eşidirik ki, Xanbabayevin cismi Xaçmazı tərk etsə də, ruhu oraları tərk etməyib. Bəzi iddialara görə, rayondakı idarəetmə dolayısı ilə yenə onun əlində olub. Sadə dildə izah etsək, adam rayonda "Xaç atası” rolunda qərarlaşıb".

"İnterPosta" xəbər verir ki, bu fikirləri Azinforum.az saytının təsisçisi və baş redaktoru Məhəmmədəli sosial şəbəkə hesabında Eldəniz Səlimovun polisi döyməsi məsələsində bəzi detalları açıqlayıb:

"Polisi döyən deputat Eldəniz Səlimovun birbaşa Xanbabayevin kadrı olduğu bildirilir. Əməlli başlı ali təhsil belə almayan Səlimov uzun müddət Xanbabayevin rayondakı "koşelyoku” olub. Xaçmaz şəhərini meri vəzifəsində işləyəndə rayondakı abadlaşma çərçivəsində Eldənizin külli miqdarda varidad əldə etdiyi bildirilir. Sonra da, məhz Xanbabayevin dəstəyi və xeyir-duası ilə deputat olub".

Jurnalist qeyd edib ki, polisin deputat tərəfindən döyülməsi faktına görə Şəmsəddin Xanbabayevin sürücüsü də həbs edilib.

"Bu fakt bir daha təsdiq edir ki, Xanbabayev və onun yaxın ətrafı hələ də rayonda mütləq hakimdirlər. Bunun bir səbəbi də rayondakı idarəetmənin zəif olması ilə bağlıdır.

Görünür gənc icra başçısı belə onların təzyiq atmosferinə düşüb və qorxub ki, onu da döyərlər. Belə olmasaydı, rayondakı real vəziyyəti, Xanbayevşinanın hökm sürdüyünü yuxarı dairələrə mərüzə edərdi. Qeyd edim ki, Xanbabayev əslən Naxçıvandandır. Adətən adam yaşlaşanda onu doğulduğu yer daha çox özünə çəkir. Ancaq biz görürük ki, Xaçmazda olan cazibə Xanbabayevi nəinki özünə çəkir, sözün əsl mənasında ora kleyləyib…"/sfera.az

İnterPosta.info

Eldəniz Səlimov keçmiş icra başçısının kadrıdır? - QALMAQALDA YENİ ADLAR

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26