Interposta.Info

Qazilərə psixoloji yardım: İnsandır, düşünə bilər ki... - Psixoloq

Ölkə
 23-07-2021, 17:20     326

"Qazilərə psixoloji yardımın göstərilməsi prosesində ola bilər tərəddüd olsun. İnsandır, düşünə bilər ki, psixoloji yardım ona nə verəcək, onların başqa qayğıları, problemləri və digər narahatlıqları da var. Ümumiyyətlə, bu proses kompleks həyata keçirilməlidir".

Bunu "İnterPosta"-ya açıqlamasında psixoloq Elnur Rüstəmov TƏBİB rəsmisi Nərmin Osmanlının "Bəzən qazilər keçirdikləri hisslərdən dolayı yardımımızı qəbul etmirlər” fikirinə münasibətində deyib. Psixoloq vurğulayıb ki, onlara sosial təminat, işsizliklə bağlı məsələlər və eyni zamanda psixoloji dəstək göstərilməlidir:
"Məsələn, elə qazilər var ki, onların nə işlə bağlı problemləri var, nə də digər sosial problemləri. Sadəcə olaraq onlara psixoloji dəstək lazımdır. Biz ilk növbədə bu psixoloji yardım qazilərə nə verəcək bu istiqamətində maariflənmə işini qurmalıyıq, onun vacibliyi qeyd olunmalı, göstərilməlidir. Bütün bunlar kompleks şəkildə həyata keçirilsə və eyni zamanda psixoloji yardım onlar üçün əlçatan olsa, çox yaxşı olardı".



Elnur Rüstəmov hesab edir ki, prosesə Təhsil Nazirliyi də cəlb olunmalıdır:

"Məktəb psixoloqları işərisindən seçilməlidir. Çünki hər rayon, hər kənddə bir məktəb və orada da bir psixoloq var. Psixoloji yardım könüllüdür, insan istədiyi zaman psixoloji yardımı ala bilər, istəmədiyi təqdirdə heç kəs onu məcbur edə bilməz. Qanunvericiliklə məsələ bu cür tənzimlənir. Bir də vacib olan bir amil var, onlara seçim imkanı da verilməlidir. Ola bilər, insandır, istəyir filan psixoloqdan yardım alsın. Ona da imkanlar yaradılmalıdır".

Qeyd edək ki, TƏBİB-in Psixososial Dəstək Fəaliyyətləri uzmanı Nərmin Osmanlı qazilər arasında intihar hallarının artdığını deyib. O, "Təəssüf ki, qazilərimiz arasında intihar halları artıb. Psixoloq yardımı könüllü keçirilir. Bəzən qazilər keçirdikləri hisslərdən dolayı yardımımızı qəbul etmirlər”, - deyə bildirib./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26